“Sosial şəbəkələrdə seçki prosesində qanun pozuntusuna yol verilməsi ilə bağlı 508 görüntü yayılıb”.
“Qafqazinfo”nun məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
MSK sədri qeyd edib ki, sözügedən 508 görüntü 25 dairənin 49 məntəqəsini əhatə edir: “Görüntülərdə məntəqələrin adları qeyd olunmayıb. Amma sosial şəbəkələrdə yayılan görüntülərə ciddi şəkildə baxılacaq. Komissiya görüntüləri izləyir və yekdil fikir qəbul ediləcək”.
Nuranə Daxilqızı