Sosial şəbəkələrin ən məşhur cütlüyü - Fotosessiya

sosial-sebekelerin-en-meshur-cutluyu
Oxunma sayı: 7641

Amerikan fotoqraf Jay Alvarrez və model sevgilisi Alexis Rene sosial şəbəkələrdə maraq obyekti olmağa davam edir.

“Qafqazinfo” xəbər verir ki, ötən ilin bu vaxtında sevgi macərasına başlayan cütlük tez bir zamanda foto və video layihələr hazırlamağa başlayıb. “You tube” kanalında milyonlarla izləyicisi olan cütlüyün videolarını da 10 milyondan çox adam izləyir. Bundan başqa hər birinin 3 milyondan çox izləyicisi olan “instagram” hesablarında paylaşdıqları fotolara da maraq az deyil. İstirahətlərindən, tətilə çıxdıqları ölkələrdən müxtəlif fotolar paylaşan cütlük “instagram” fenomenlərindəndir. Müxtəlif ekstrim vəziyyətlərində kamera qarşısına keçən gözəl model sevgilisinə poz verməyin daha gözəl və maraqlı olduğunu deyib.

Qeyd edək ki, Alexis artıq daha çox “coulbourne” çimərlik geyimlərinin reklam çəkilişləri üçün kamera qarşısına keçir və cütlüyün hazırladığı video və fotolarda da eyni markadan istifadə olunur.

Günel Hacı