“Sosial şəbəkələrlə bağlı qanun qəbul edilməlidir” - Deputatlardan təklif

sosial-sebekelerle-bagli-qanun-qebul-edilmelidir
Oxunma sayı: 1531

"Sosial şəbəkələrlə bağlı qanunun qəbul edilməsi vacib məsələdir".

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bu qanun layihəsinin qəbul edilməsi artıq ictimai sifarişdir: "Ümid edirəm ki, yaz sessiyası ərzində bu qanun qəbul olunacaq".

Deputat Elman Nəsirov da sosial şəbəkələr haqqında qanunun qəbul edilməsinin əhəmiyyətini qeyd edib. O bildirib ki, sosial şəbəkələrdə təhqirlər kütləvi xarakter alıb və mənfi halın qarşısının alınması üçün sosial şəbəkələr haqqında qanunun qəbul edilməsi günün tələbinə çevrilib.