Sosial yardımın məbləği 222 manata çatdı

sosial-yardimin-meblegi-222-manata-catdi
Oxunma sayı: 5694

Son 10 gündə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayında 13,2 faiz artım qeydə alınıb. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, bu yardımı alan ailələrin sayı 9100 ailə artıb. Hazırda 78 130 (330 minədək ailə üzvü) ailə sosial yardım alır.

Hər ailəyə düşən yardımın məbləği 222 manata çatıb.

Qeyd edək ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb.