“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, artıq səhər saatlarından səsvermə məntəqələri açılıb. Seçicilər bülletendə yer alan yeganə“Siz Şotlandiyanın müstəqil ölkə olması ilə razısınızmı?” sualını cavablandırmalı olacaqlar. Səsvermə hüququna Şotlandiya sakinləri olan Britaniya vətəndaşları, Britaniya Birliyinə daxil olan 52 ölkə vətəndaşları, Avropa İttifaqının 27 ölkəsinin vətəndaşları və lordlar palatasının üzvləri, həmçinin Şotlandiya seçki məntəqələrində qeydiyyatdan keçən hərbi qulluqçular sahibdirlər. Seçicilərin yaş məhdudiyyəti isə 18-dən 16 yaşa endirilib. Qeydiyyatdan keçən seçicilərin ümumi sayı 4 milyon 285 min 323 nəfərdir, 798 min insan isə poçtla səs vermək üçün qeydiyyatdan keçib.
Əgər Şotlandiya əhalisinin əksəriyyəti referendumda “hə” cavabını seçərlərsə, o zaman 2016-cı ilin martın 24-də o, Birləşmiş Krallığın tərkibindən çıxacaq.
Bu arada ABŞ prezidenti Barak Obama Şotlandiyada keçirilən referendumla bağlı mövqeyini ortaya qoyub. Ağ Evin rəsmi tvitter hesabında fikirlərini ifadə edən Obama bildirib ki, Böyük Britaniya Amerikanın müttəfiqidir, onun güclü və vahid qalacağına ümid edir.
Son xəbərlər
Son Xəbərlər