Şotlandiyanın Ben-Nevis dağında 4 nəfər alpinist qar uçqununa düşüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onların üçü dünyasını dəyişib, biri isə xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır. Hadisə yerində xilasedici vertolyotlar işləyir.
Qeyd edək ki, Ben-Nevis Şotlandiyada ən hündür Qrampianski zirvəsinin yerləşdiyi dağdır. Onun hündürlüyü 1344 metrdir.
Son xəbərlər
Son Xəbərlər