Şotlandlar müstəqil olmaq istəmədi

sotlandlar-musteqil-olmaq-istemedi
Oxunma sayı: 913


"Qafqazinfo" AzadlıqRadiosuna isinadən xəbər verir ki, London vaxtı ilə səhər saat 5:14-də açıqlanan rəsmi BBC proqnozunda Şotlandiyanın müstəqlliyə “yox” dediyi elan edilib. Bununla belə, ümumilikdə “yox” və “hə” səslərinin arasındakı fərq 200 mindən bir qədər çoxdur.

Bu, Şotlandiya cəmiyyətinin müstəqillik barəsində az qala bərabər iki hissəyə bölündüyünü göstərir. Təhlilçilərin fikrincə, Britaniyanın bütövlüyünün qorunması son anda ölkənin bütün siyasi partiyalarının güclü həmrəy mövqedən çıxış etməsi olub.

Hakimiyyətdə olan mühafizəkarlar və liberal-demokratlar, habelə müxalif leyboristlər yaxın gələcəkdə Şoptlandiyaya daha geniş muxtariyyət vəd ediblər. Bu da qeyd olunmalıdır ki, müstəqllik əleyhinə ən çox səs Şotlandiyanın BP-nin baş qərargahı yerləşən Aberdin də daxil olmaqla neft sənayesinin cəmləşdiyi regionlarda qeydə alınıb.

Referendum ərəfəsində BP başda olmaqla bir çox iqtisadiyyat nəhəngləri Şotlandiya müstəqil olarsa, əyaləti tərk edəcəklərini bildirmişdilər. Bu da qeyd olunmalıdır ki, referendum öncəsi verilən rəy sorğularının nəticələri az qala dəqiq nisbətdə doğrulub.

Başqa bir əhəmiyyətli fakt budur ki, Şotlandiya referendumu səs verənlərin sayına görə müharibədən sonrakı dövrdə Britaniya üçün rekord olub. Referendumda elektoratın 87 faizindən çoxu iştirak edib.