“Qafqazinfo” xəbər verir ki, politoloqun fikrincə Şotlandların əksəriyyəti indiki həyatlarını radikal sürətdə dəyişmək istəmədilər: “Çünki müstəqillikdən sonra əsasən iqtisadi və sosial sahədə nələrin baş verəcəyini Şotlandiyada heç kim proqnozlaşdıra bilmirdi. Şotlandiya müstəqllik qazanan kimi Avropa Birliyi müstəvisindən də kənar düşəcəkdi. Şotlandiyanın pul vahidi nə olacaqdı və ya Edinburqla London Şimal dənizindəki zəngin enerji mənbələri necə bölüşdürüləcəkdilər kimi suallar açıq qalırdı. Ona görə də şotlandların əksəriyyəti qeyri-müəyyənlikdən ehtiyat edərək, müstəqlliyə “yox” dedi. Başda Böyük Britaniyanın baş naziri Devid Kemeron olmaqla digər siyasətçi və ictimai xadimin son anda təbliğata qoşulmaları da öz effektini verdi. Onlar Şotlandiyanın Böyük Britaniyanın tərkibində qazanclarının daha çox olduğunu şotlandlara izah etməyə çalışdılar və buna nail oldular.
Buna baxmayaraq, Şotlandiyanın nə vaxtsa yenidən referendum mövzusuna qayıdacağı istisna deyil. Londonun hansısa yanlış siyasəti və büdrəməsi yenidən şotlandların millətçi kəsimini hərəkətə keçirəcək. Şotlandlar müstəqillik qazanmasalar belə referendumun özü Şotlandiyaya yeni imkanlar açır. London Şotlandiyanın siyasi və iqtisadi hüquqlarını artıracağını vəd edib. Şotlandiya bundan sonra faktiki geniş səlahiyyətləri olan muxtar quruma çevriləcək.
Bu arada, Moskvanın və İrəvanın gözləntiləri özünü doğrultmadı. Şotlandiya müstəqilliyə səs versəydi, Moskva Krımı, İrəvan isə Dağlıq Qarabağı nümunə göstərərək beynəlxalq aləmə deyəcəkdilər: "Şotlandiyaya olarsa, Krıma və Dağlıq Qarabağa niyə olmasın". İndi bu arqument işləməyəcək. Şotlandlar rusları və erməniləri məyus etdilər. Görünür, Moskva və İrəvanın növbəti ümidi noyabr ayında İspaniyanın Kataloniya bölgəsində keçirilən referendumadır. Ancaq bu referendumun nəticəsi də Şotlandiyada olduğu kimi Moskva ilə İrəvanı məyus edə bilər.
Londonun fəal təbliğat imkanlarından yararlanmağa dəyər. Bizim arqumentlərimiz ingilsilərin arqumentlərindən fərqlənmir. Onlar da ayrılmanın əleyhinədir, biz də . Beynəlxalq aləmə və Dağlıq Qarabağın erməni sakinlərinə anlatmalıyıq ki, Azərbaycanla dostluq cə birgə yaşayış onlara siyasi və iqtisadi mənada daha çox qazandıracaq, işğalın və "müstəqilliyin" isə onlar üçün bir xeyri yoxdur. Dağlıq Qarabağda yaşayan ermənilərin sosial təminatları da olacaq, bölgənin inkişafı da sürətlənəcək, Ermənistanla əlaqə də saxlaya biləcəklər. Yox əgər indiki kimi “müstəqlliyin” və onlara aid olmayan torpaqlara sahibliyin əsiri olacaqlarsa, erməniləri müharibə və kasıblıq girdabından başqa heç bir alternativ gözləmir”.
Son xəbərlər
Son Xəbərlər