Sotomayor erməni rəqibini məğlub etdi

sotomayor-ermeni-reqibini-meglub-etdi
Oxunma sayı: 1422

Belarusda keçirilən II Avropa Oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan yığmasının boksçusu Lorenzo Sotomayor da mübarizəyə başlayıb.

69 kq. çəkidə çıxış edən təmsilçimiz 1/16 finalda Ermənistan boksçusu Qurqen Madoyanla üz-üzə gəlib. O, rəqibini 5:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Sotomayor 1/8 finalda Maqomed Şaçidov (Almaniya) – Adem Fetahoviç (Bosniya və Herseqovina) cütünün qalibi ilə görüşəcək.