Bir müddət əvvəl şou-biznesdən uzaqlaşan, daha sonra isə “Qaya” qrupuna daxil olaraq yaradıcılığına davam edən müğənni Boris Bayramov evlənib. “Qafqazinfo” xəbər verir ki, toy ötən gün Bakının məşhur restoranlarından birində baş tutub. O, Günel adlı xanımla ailə həyatı qurub.
Cütlüyün toyunda incəsənət dünyasının tanınmış simaları da iştirak edib. Qonaqlar toyun səbəbkarları ilə foto çəkdirərək sosial şəbəkədə paylaşıblar, onların ünvanına xoş sözlər yazıblar. Borisin özü də xanımı ilə şəklini instaqram səhifəsində yayaraq “Biz evlənirik” – şərhini yazıb.







Son xəbərlər
Son Xəbərlər