Şou-biznesin ulduzları hind rəqsi öyrənir - - Video

sou-biznesin-ulduzlari-hind-reqsi-oyrenir-
Oxunma sayı: 4320


“Qafqazinfo”nun məlumatına görə, onlar hind aktyoru Şahrux Xanın rol aldığı filmdəki rəqs səhnəsini canlandırmaq üçün məşqlərə başlayıblar. 

Teleaparıcı Nanə Ağamalıyeva, bəstəkar Ramal İsrafilov, müğənnilər Roza Zərgərli, Xəyyam Nisanov, aşıq Samirə Fətəliyevadan hind rəqsinin incəliklərini öyrəniblər.  

Qeyd edək ki, Türkiyənin tanınmış rejissoru Barış İşçinin ekranlaşdıracağı klipdə əsas rolları rəqqasə Fatimə ilə müğənni Ramal İsrafilovun canlandıracaq. Həmçinin, klipdə Könül Kərimova, Nadir Qafarzadə, Nanə Ağamalıyeva, Roza Zərgərli, Rafel ilə Coşqun, Elnur Məmmədli(idmançı), Günay İbrahimli, Ay Zaur, Tolik, Sevda Yahyayeva, Almaz Ələsgərli, Rəqsanə İsmayılova, Xəyyam Nisanov, Namiq Qaraçuxurlu və başqaları rol alacaqlar.