Şou əhli yeni ili bu yerlərdə qarşılayacaq - Siyahı

sou-ehli-yeni-ili-bu-yerlerde-qarsilayacaq-siyahi
Oxunma sayı: 650

Xalq artisti Aygün Kazımova 2013-ci ili ölkəmizin başqa bir şəhərində qarşılayacaq. Belə ki, o prodüseri Toliklə birlikdə yeni ili Türkiyəli ifaçı Rafet el Romanla Qəbələdə qeyd edəcəklər. Kazımova eyni zamanda Rafetlə Qəbələ sakinləri üçün bayram geniş konsert proqramı ilə çıxış edəcəklər.

Nazlı-qəmzəli müğənnimiz Xumar Qədimova dostlarının dəvəti ilə 2013-ci ili Rusiyanın paytaxtı Moskvada qarşılayacaq.

Bu aralar Türkiyədə işıq üzü görən “Göndər” mahnısı ilə diqqətləri üzərinə çəkən Röya yeni ili Bakıda qarşılayacaq. Hazırda işləri ilə bağlı qardaş ölkədə olan ifaçı yaxınlarda vətənə qayıdaraq 2013-ü oğlu və ailəsi birlikdə keçirəcək.

Fərqliliyi ilə seçilən ifaçı Nura Suri bu adəti bir tərəfə qoyub yeni ili Bakıda qarşılayacaq: "Mən hər zamankı kimi yeni ili ailəmlə keçirəcəyəm. Böyük oğlum tətilə gəlib və bizdə artıq bayramdır”.

Şou-biznesin tənbəl və qeyri-adi müğənnilərindən olan Samir Bağırov 2013-cü ili iş başında keçirəcək. Bu ili şou-proqramlara çoxlu dəvət alan ifaçı yeni il gecəsi səhər 5-dək çalışacaq.

Ailə qurandan sonra Türkiyədə yaşayan müğənni İradə İbrahimova yeni elə ailəsi ilə birlikdə keçirəcək.

Şou-biznesimizin stilisti Samiraldo (Samir Əliyev) bildirib ki, o, 2013-ci ili iş başında olacaq: “Yen il günü saat 5-dək Samir Bağırov ilə birlikdə olacağam.

Rəqsanə İsmayılova yenil ili keçirmək üçün seçim arasında qalıb. İfaçıya yeni il qabağı şou-proqramlardan və yeni ili qeyd etmək üçün Rusiyadan bir çox təkliflər gəlib. O, hələ 2013-cü ili Moskvada və ya Bakıda qarşılayacağı qərarına gələ bilməyib.

Zarina ailəsi ilə Türkiyəyə gedir. Bayrama bir neçə gün qalmış qardaş ölkəyə yollanacaq müğənni orada yaşayan bacısı və onun ailəsi ilə birgə olacaq. Zarina Türkiyəyə anası və atası ilə birgə gedəcək.

Bir aralar tanınan və sonralar gözə görünməyən müğənni Aysel Əlizadə 2013-cü ili ailəsi ilə birlikdə qarşılayacaq. İfaçı bildirib ki, bayram ərəfəsində bol-bol dincəlib sonra isə bir çox yeni işləri ilə üzə çıxacaq.

Müğənnilərdən Xuraman Şuşalı, Sevda Yəhyayeva, İlahə İbadova 2013-ci ili Bakıda qarşılayan şou nümayəndələri sırasındadır.

Aynur Babayeva