Şou jurnalisti pulunu itirdi

sou-jurnalisti-pulunu-itirdi
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, adı gedən veriliş zamanı sürpriz şəkildə canlı yayıma bağlanan dizayner İbo jurnalist Şahin Cavadsoya svarovski qaşlarınla bəzədilmiş fotoaparat hədiyyə edib. Bu fərqli hədiyyəni qəbul edən jurnalist gözə gəlib.

Hədiyyəni alandan sonra Şahin Qubada olarkən pul kisəsini itirib. Hadisədən bir gün sonra o, ATV-maqazin heyəti ilə Qusara gedib və pul kisəsinin itirdiyini burda anlayıb.

Onun pul kisəsinin içində hesabında müəyyən məbləğ olan bank kartları və 200 manata yaxın pulu oğurlanıb. Bu hadisəni Cavadsoy rəsmi “facebook”səifəsində belə şərh edib: “Svarovski qaşlarla bəzədilmiş fotoaparat mənə hədiyyə olunandan sonra nəzər dəydi. Axşam içində bank kartlarım olan pul kisəmi itirdim. Nə yaxşıki şifrələri özüm bilirəm. Kartların üzərində yazmamışam. Pul qabımın içində az da olsa pul var idi. Mən elə gəlir bu hədiyyədən sonra nəsə çıxacaq idi. Bəd-nəzərə gəldim hamı bu hədiyyədən danışırdı. Bu nəzərin canımdan çıxmasındansa malımdan çıxması yaxşı oldu. Onu da deyim ki, aparatın üstündə olan qaşlar kəmərin üstünə düzülüb kəmər də fotokameraya taxılıb”.

Adıgedən verilişdə həmçinin, vokal ifaçısı Lətifə Soyuöz də iştirak edib.

Onu da deyək ki, Şahin Cavadsoya hədiyyə olunan svarovski qaşlarla bəzədilmiş fotoaparat ideyası yayıma bir gün qalmış gecə saatlarından müğənni Günel Ələkbərova tərəfindən gündəmdə olan dizayner İbodan təklif olunub.

Aynur Babayeva