“Şou sifarişi var...” – - Partiya sədri

sou-sifarisi-var-
Oxunma sayı: 1315


“Qafqazinfo” xəbər verir ki, bunu Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu partiyanın Füzuli rayon təşkilatının konfransında çıxış edərkən deyib. O bildirib ki, artıq seçkilərlə bağlı hazırlıq işlərinə start verilib: “Əgər hansısa dairədən namizədimiz olmasa, o zaman həmin dairədən müxalifətin digər namizədi  dəstəklənəcək. Seçkilərdə qalib gəlməyi qarşımıza məqsəd qoymuşuq”. 

M. Mirəloğlu deyib ki, hazırda ölkədə siyasi proseslər çox passivdir: “Çünki bu gün cəmiyyətin siyasi proseslərlə bağlı sifarişi yoxdur. Yalnız şou sifarişi var və telekanallar da bunu həyata keçirir”. 

Partiya sədri iqtidar və müxalifət arasında keçirilən görüşlərdən də danışıb və bildirib ki, bu görüşlər hakimiyyətin istəyi ilə keçirilir: “Bu günə qədər keçirilən görüşlərdə müxalifət tərəfindən irəli sürülən heç bir tələb yerinə yetirilməyib”.