“Şou verilişlərindən yorulmuşam...” - Fotolar

sou-verilislerinden-yorulmusam
Oxunma sayı: 5654

“Şou verilişlərində yoxam, artıq yorulmuşam. Hamı məni 1996-cı ildən əyləncəli verilişlərin aparıcısı kimi tanıyır. Bir çox böyük layihələrdə simam görünüb. Buna “Azəri star”, “Muğam Müsabiqəsi” və.s daxildir”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında teleaparıcı Xədicə Sənanqızı bildirib.

Teleaparıcı bildirib ki, yararlı bir verilişlə tamaşaçıların qarşısına çıxır:

“Bu layihələr indiyənə kimi danışılır. Şou verilişləri mənim maraq dairəmdə yoxdur, hazırda tibblə bağlı verilişin aparıcısam. Bu isə məni qane edir. Düşünürəm ki, bu gün daha yararlı bir verilişlə tamaşaçıların qarşısına çıxıram. İnsanların mənə qarşı güvəni var. Biz sırf peşəkar və öz işini bilən şəxsləri verilişə qonaq dəvət edirik. Qonaqları pul və reklam xatirinə efirə çıxarmırıq”.

Fotolar : Nuran