"Qafqazinfo" xəbər verir ki, aznews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehtiyevin tapşırığı ilə sözü gedən yerdə söküntü işlərinə ağır texnikalar cəlb edilib.
Ərazidə olan icra başçısı narazı olan sakinlərin polisə aparılması tapşırığını verib.
Yasamal rayon 26-cı Polis bölməsinin əməkdaşları texnikaların qarşısını kəsən 6 qadını bölməyə aparıblar. Qadınların biri qışqıraraq, körpə uşağın evdə yatdığını bildirib. Yalvarıb ki, buldozerə verilən evindən heç olmasa, uşağı çıxarsınlar.
***
Söküntü prosesi zamanı maraqlı hadisələr də yaşanıb. Belə ki, azxeber.com-un əməkdaşı ilə söhbətində evi sökülən sakinlərdən biri icra hakimiyyətinin əməkdaşları tərəfindən necə aldadıldığından danışıb:
“Məni və ailəmin 4 üzvünü evdən çıxarda bilmirdilər. Daha sonra icra hakimiyyətinin əməkdaşları məni çölə çağıraraq evimə veriləcək pulu artırdıqlarını dedilər. Onlar məndən bunu heç kimə deməməyimi xahiş etilər. Mən də çölə çıxıb onlarla razılaşmağa qərar verim. Elə bu zaman buldozerlə evimi uçurmağa başladılar. Evdəkilər də son anda qaçıb canlarını qurtara bildi”.
Son xəbərlər
Son Xəbərlər