Bakının Yasamal rayonu Əlövsət Quliyev küçəsində (“Sovetski”) yaşayış evlərindən birinin eyvanının uçmaq üzrə olması barədə məlumat vermişdik. Qəzalı vəziyyətdə olan eyvana nazik taxta bərkidildiyindən ərazidən keçənlər üçün ciddi təhlükə yaranmışdı.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məlumat ictimailəşəndən sonra Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən qəzalı eyvan sökülüb.
Sökülən eyvanın təmiri ilə bağlı əlavə tədbirlər görüləcək.
Gülnar Əliyeva


Son xəbərlər
Son Xəbərlər