FHN “Sovetski”dəki yanğınla bağlı məlumat yayıb.
"Qafqazinfo" xəbər verir ki, məlumatda bildirilir ki, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşlara məxsus üçmərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının 4 mənzili 118 m² sahədə yanıb. Yanğın zamanı 1969-cu il təvəllüdlü Liliya Mixalovna Xazibovanın yanmış cəsədi aşkar olunmuş və 3-cü mərtəbənin eyvanından 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə təxliyyə olunublar. Mənzillər yanğından mühafizə olunub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər hadisə yerinə cəlb olunaraq L.M.Xazibovanın cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Son xəbərlər
Son Xəbərlər