Bakıda keçirilən 17 yaşlılar arasında Avropa Çempionatında çıxış edən Hollandiya millisi komandasının üzvü, əfsanəvi futbolçu Patrik Klyuvertin oğlu Yustin Klyuvert UEFA-nın rəsmi saytına müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- Sizdən atanız haqqında tez-tez soruşurlar?
- Yox. Bəzən hakimlər atam haqqında maraqlanır. Ümumiyyətlə, yorucu sualları vermirlər.
- Atanızla futbol haqqında çox danışırsız?
- Əlbəttə. Hər oyundan sonra ona zəng vururam. Bütün matçlarımı izləyir. Meydanda nəyi düzgün, nəyi yanlış etdiyimi mənə deyir.
- Məsələn, nələr deyir?
- Mənə deyir ki, “bax o topu belə vurmalı idin” və ya “bir az sürərtli oyna”. Bunları başa salır.
- Siz ona qulaq asırsız?
- Əlbəttə. Onun mənə çox köməyi dəyir. Atama qulaq asdıqca dəyişiklikləri hiss edirəm. Növbəti oyunlarımda onun dediklərinə əməl etməyə çalışıram.
- Bacarırsınız?
- Bəzən bacarıram, bəzən yox.
- AVRO-2000-da atanız ¼ finalda het-trik etmişdi…
- Mən atama nisbətən daha çevikəm. Atamın isə boyu hündür idi. Həmin vaxt qolları çox yaxşı vurmuşdu.
- Klyuvert soyadı sizə kömək edir?
- Kömək etməsini istəmirəm. O soyada layiq olmaq lazımdır. Şərəflə atamın soyadını daşımalıyam.
- Atanızla futbol oynayırsız?
- Kiçik meydançalarda bəzən özümüz üçün oynayırıq. Amma böyük meydanda heç vaxt oynamadıq.
- O, yenə hücumçu kimi oynayır?
- Əlbəttə.


Son xəbərlər
Son Xəbərlər