Tbilisi şəhərində pauerliftinq idmanının “Bench-press” növü üzrə keçirilən yarışda azərbaycanlı Elizbar Məmmədov ikinci yeri qazanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, böyüklər arasında keçirilən çempionatda Elizbar Məmmədov 93 kq çəki dərəcəsində mübarizə aparıb və 130 kq ağırlığın öhdəsindən gələrək ikinci yeri qazanıb. O, yarışa “Rustavi çempionlar komandası”nın adından qatılıb.
Qeyd edək ki, E. Məmmədov əslən Bolnisi rayonunun Sənəb kəndindəndir. O, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetininin ibtidai sinif müəllimliyini bitirib. 5 ildir ki, həvəskar idmanla və pauerliftinq idmanının “Bench-press” növü ilə məşğul olur. E. Məmmədov 2020-ci və 2021-ci illərdə 24News TV internet televiziyasının “Gəncin yolu” və “Sosial Eksperiment” verilişlərinin aparıcısı olub.
Son xəbərlər
Son Xəbərlər