Soyğunçuluq edən “zek” saxlanıldı

soygunculuq-eden-zek-saxlanildi
Oxunma sayı: 1159

Bakıda soyğunçuluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə Nərimanov rayonunda baş verib.

Naməlum şəxs aprelin 18-də Samir İsmayılovun mobil telefonunu soyğunçuluq yolu ilə alaraq qaçıb.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sabir Talıbov saxlanılıb.

Murad Əhməd