Soylu partlayışı terror adlandırdı

soylu-partlayisi-terror-adlandirdi
Oxunma sayı: 631

Dünən Türkiyənin Diyarbəkir vilayətində baş verən partlayışla bağlı xəbər var.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu gün səhər Daxili işlər naziri Süleyman Soylu partlayışın terror hadisəsi olduğunu bəyan edib. Artıq PKK terror qruplaşması hadisəni öz üzərinə götürüb. Təşkilat yaydığı məlumatda qeyd edib ki, partlayışda 2,5 ton partlayıcı maddədən istifadə edib və onları qazılan xüsusi tuneldə gizlədib. 

Xatırladaq ki, dünən rayon polis idarəsinin əlavə binasında partlayış olub. Nəticədə 1-i polis olmaqla, 3 nəfər ölüb. 

Aysel Kərimova