Şoyqu Arutyunyanla sərhəddəki vəziyyəti müzakirə etdi

soyqu-arutyunyanla-serheddeki-veziyyeti-muzakire-etdi
Oxunma sayı: 1440

Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu ilə Vaqarşak Arutyunyan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin həlli yollarını müzakirə ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat verib.

Tərəflər, həmçinin Azərbaycan-Ermənistan sərhədinin Syünik və Qeqarkunsk vilayətlərindəki məntəqələrində Rusiya sərhədçilərinin yerləşdirilməsi məsələsini müzakirə ediblər.

Nazirlər telefon danışığı zamanı Qarabağdakı Rusiya sülhməramlı kontingentinin missiyasının həyata keçirilməsinə, müdafiə sahəsində Rusiya-Ermənistan əməkdaşlığına və bir sıra regional problemlərə də toxunublar.