Şoyqu Bəşər Əsədlə görüşdü

soyqu-beser-esedle-gorusdu
Oxunma sayı: 1752

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Dəməşqə işgüzar səfəri zamanı Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, görüş zamanı hərbi-texniki əməkdaşlıq və terrorizmlə mübarizə məsələləri müzakirə edilib. 

“Sergey Şoyqu və Bəşər Əsəd arasında keçirilən görüşdə beynəlxalq terrorçuların qalıqlarına qarşı birgə mübarizə çərçivəsində ölkələr arasında hərbi-texniki əməkdaşlığın müxtəlif məsələləri, eləcə də ABŞ və Qərb ölkələrinin qadağanedici sanksiyalarından əziyyət çəkən Suriya əhalisinə Rusiyanın humanitar yardımının müəyyən aspektləri müzakirə edilib”, - məlumatda qeyd edilib.

Müdafiə naziri Rusiya Hərbi Dəniz Qüvvələri və Aerokosmik Qüvvələrinin Aralıq dənizində keçirdiyi təlimlər barədə Bəşər Əsədə məlumat verib.