Pentaqonun rəhbəri Lloyd Ostin fevral ayından bəri mütəmadi olaraq rusiyalı həmkarı Sergey Şoyqu ilə əlaqə saxlamağa çalışdığını, lakin bunun nəticəsiz olduğunu bildirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, ABŞ Senatında keçirilən dinləmələrdə deyib:
"ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli və mən mütəmadi olaraq Rusiyadakı həmkarlarımızla əlaqə saxlamağa çalışırıq ki, fevralın ortalarından etibarən dialoq davam etsin. Biz bu işdə o qədər də uğurlu ola bilmədik, çünki ruslar cavab vermir".
Son xəbərlər
Son Xəbərlər