Rusiya Müdafiə naziri Sergey Şoyqu Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftarla görüşüb.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Rəsmilər Liviyadakı vəziyyəti müzakirə ediblər, eləcə də Liviya ilə bağlı Berlin konfransının qərarlarının yerinə yetirilməsinin vacibliyini təsdiqləyiblər: “Tərəflər bir daha Liviyadaxili böhranı həll etmək üçün alternativ siyasi yolların olmadığını, Liviyanın müstəqilliyi, birliyi və ərazi bütövlüyünə sadiqliyi qeyd ediblər”.
Son xəbərlər
Son Xəbərlər