Şoyqu ilə Arutyunyan arasında telefon danışığı olub

soyqu-ile-arutyunyan-arasinda-telefon-danisigi-olub
Oxunma sayı: 1731

Rusiya müdafiə naziri Sergey Şoyqu və erməni həmkarı Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

Bu barədə “Qafqazinfo” Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Söhbət zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər, regionda və Dağlıq Qarabağda Rusiya sülhməramlılarının tapşırıqlar yerinə yetirdiyi ərazilərdəki hazırkı vəziyyət, həmçinin qarşılıqlı maraq doğuran mövzular müzakirə edilib”, - məlumatda bildirilib.

Buna qədər nazirlər arasında telefon danışığı fevralın 25-də olmuşdu. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, onda Şoyqu ilə Arutyunyan Ermənistandakı daxili siyasi vəziyyəti müzakirə etmişdi.