Şoyqu ilə Arutyunyan sülhməramlıları müzakirə etdilər

soyqu-ile-arutyunyan-sulhmeramlilari-muzakire-etdiler
Oxunma sayı: 2648

Rusiya və Ermənistanın müdafiə nazirləri Sergey Şoyqu ilə Vaqarşaq Arutyunyan arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətini, Ermənistan ordusunda aparılan islahatları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.