Rusiyanın müdafiə naziri Sergey Şoyqu və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Tehranda danışıqlar aparıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, keçirilən danışıqlarda Qarabağ, Suriya və Əfqanıstandakı vəziyyət müzakirə edilib.
Qarabağdakı münaqişəsinin həlli ilə bağlı müzakirələr təklif olunub.
“Hələ bu gün və sabah müzakirə edilən çox şey var",- deyə Şoyqu bildirib.
Qeyd edək ki, Azərbaycan bu gündən etibarən Qarabağda lokal antiterror tədbirlərinə başlayıb.