Şoyqu Karapetyanla görüşdü

soyqu-karapetyanla-gorusdu
Oxunma sayı: 1824

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Arşak Karapetyan arasında Moskvada görüş olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfaks”a hərbi-diplomatik mənbələr məlumat verib. Görüşün detalları açıqlanmır.

Qeyd edək ki, Karapetyan bu gün Moskvaya gedib. Səfərdən əvvəl Şoyqu ilə Karapetyanın telefon danışığı olub.