Şoyqu orduya Putinin məqaləsini oxumağı əmr edib

soyqu-orduya-putinin-meqalesini-oxumagi-emr-edib
Oxunma sayı: 1922

Rusiyanın müdafiə naziri Sergey Şoyqu orduya Prezident Vladimir Putinin “Rusların və ukraynalıların tarixi birliyi” haqqında məqaləsini oxumağı əmr edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə RBK-ya Rusiya Müdafiə Nazirliyindən mənbə məlumat bildirib. Qeyd edilib ki, məqalə hərbi-siyasi təlim üçün məcburi mövzular siyahısına daxil edilib.

Qeyd edək ki, Putinin məqaləsi iyulun 12-də rus və Ukrayna dilində çap olunub.