Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin silahlı qiyamından sonra ilk dəfə açıqlama verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Şoyqu qiyamın hərbi hissələrin hərəkətlərinə təsir etmədiyini bildirib:
“Əsgərlər onlara verilən tapşırıqları cəsarətlə və fədakarlıqla yerinə yetirməyə davam ediblər”, - deyə o vurğulayıb.
O, həmin üsyanı ölkədə sabitliyi pozmaq cəhdi və təxribatçı hərəkət kimi xarakterizə edib:
"Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti and içdikləri dəyərlərə və hərbi vəzifələrinə sadiq olduqları üçün belə planlar uğursuzluğa düçar oldu. Bu təxribat qoşunların hərəkətlərinə təsir etmdi. Əsgərlər onlara tapşırılan vəzifələri yerinə yetirdilər”.
Şoyqu bütün əsgərlərə minnətdarlığını bildirib.
Son xəbərlər
Son Xəbərlər