Şoyqu yenə Arutyunyanla danışıqlar apardı

soyqu-yene-arutyunyanla-danisiqlar-apardi
Oxunma sayı: 1693

Rusiya müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Vaqarşak Arutyunyanla telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat verib.

Tərəflər bölgədəki və sülhməramlıların Dağlıq Qarabağda tapşırıqlarını yerinə yetirdiyi ərazilərdəki vəziyyəti müzakirə edib.

Xatırladaq ki, Ermənistan müdafiə naziri mayın 28-də Moskvada səfərdə olub və Şoyqu ilə təkbətək danışıqlar aparıb.