Rusiya müdafiə naziri Sergey Şoyqu xüsusi hərbi əməliyyat aparılan ərazilərdə qoşunların bütün silah və hərbi texnika ilə fasiləsiz təchizatını nəzarətdə saxlamaq üçün tapşırıq verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tapşırığın icrası Silahlı Qüvvələrin maddi-texniki təminatına cavabdeh olan general-polkovnik Aleksey Kuzmenkova verilib.
Qeyd edək ki, bu gün “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin silahla təmin olunmadığına görə Ukraynanın Baxmut şəhərini mayın 10-da tərk edəcəklərini açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər