Şoyqudan yeni postunda ilk açıqlama - Video

soyqudan-yeni-postunda-ilk-aciqlama
Oxunma sayı: 3620

Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu yeni vəzifəsində ilk açıqlama verib və bu postda əsas tapşırıqlarının nədən ibarət olacağını bildirib.

“Qafqazinfo” xəbər verir ki, S.Şoyqu bu barədə rusiyalı jurnalist Pavel Zarubinə danışıb.

Şoyqunun sözlərinə görə, yeni postunda onun əsas vəzifəsi Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyat olaraq qalır: “Hansısa bir tapşırığı seçmək çətindir, lakin əsas olan əvvəlki kimi xüsusi hərbi əməliyyatdır. Hesab edirəm ki, bu bizim hamımız üçün önəmli tapşırıqdır”.

Xatırladaq ki, mayın 12-si Rusiya Prezidenti Vladimir Putin Sergey Şoyqunu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edib. O bu vəzifədə Nikolay Patruşevi əvəz edib.