Şoyqunun deputat bacısı vəfat etdi

Şoyqunun deputat bacısı vəfat etdi
Oxunma sayı: 2729

Rusiya Dövlət Dumasının deputatı, ölkənin müdafiə naziri Sergey Şoyqunun bacısı Larisa Şoyqu vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri Sergey Neverov öz feysbuk hesabında məlumat verib.

“Larisa Kujuqetovna Şoyqunun ölümü ilə əlaqədar ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verirəm. O, doğma Tuva Respublikasına fədakarlıqla sadiq qalan möhtəşəm bir insan idi, uzun illər Dövlət Dumasında Tuvanın maraqlarını müdafiə edib”, - deyə Neverov qeyd edib.