Soyuducuda sərhəd keçmək istəyən miqrantlar saxlanıldı

soyuducuda-serhed-kecmek-isteyen-miqrantlar-saxlanildi
Oxunma sayı: 1134

Niderlanddan Böyük Britaniyaya yola düşən yük bərəsi saxlanılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bərənin qanunsuz miqrant daşınması ilə məşğul olduğu üzə çıxıb. 26 miqrant soyuducuda gizlədilib. Xoşbəxtlikdən onların hamısı sağ olub. Soyuducuda gizlədilənlər arasında uşaq da var. Hazırda onların milliyəti dəqiqləşdirilir.

Xatırladaq ki, bu ilin payızında soyuducuda Belçikadan Britaniyaya yola düşən 39 miqrant donaraq ölmüşdülər.