“Qafqazinfo” xəbər verir ki, Modern.az-ın məlumatına görə, S.Sadıqov Q.Hüseynlinin qərəzli olduğunu bildirib: “Mən Qabil Hüseyliyə və bütün Azərbaycan ictimaiyyətinə bir daha bildirmək istəyirəm ki, mən həmişə Jirinovskini söylədiklərinə görə xalqımızdan üzr istəməyə və bunu şəxsi imzası ilə təsdiqləməyə vadar etmişəm. Belə məktub Azərbaycan mətbuatında da dərc edilib. Niyə indi yazı müəllifləri soruşmurlar ki, azərbaycanlıların Rusiyadakı digər ictimai təşklatları hardadir, onlari belə deyək, liderləri niyə susur? Rusiyada “AzərRos”, Ümumrusiya Azərbaycanıları Konqresi də daxil olmaqla azərbaycanlların 3 federal ictimai təşkilatı və 876 regional təşkilatı var. Cənab Qabil Hüseynli və onun sahibləri bilməlidirlər ki, mən artiq bir ildir, Rusyadakı Azərbaycan cəmiyyətinin rəhbəri vəzifəsindən getmişəm. Rusiya vətəndaşı olan etnik azərbaycanlı və Rusiya prezidentinin səlahiyətli nümayəndəsi olaraq Vladimir Putinə, Rusiya Federasiyasının baş Prokurorluğuna, Dövlət Dumasına Jirinovskinin Azərbaycan xalqını təhqir etməsi ilə bağlı məktub göndərmişəm. Buna görə də bir daha Qabil Hüseynliyə xatırlatmaq istyirəm ki, ondan fərqli olaraq, əsl vətənpərvərəm və mənim millətimi təhqir edənləri bağışlamıram”.
Son xəbərlər
Son Xəbərlər