“Soyunub-geyinmə otağında ölüm susqunluğu var” - Löv

soyunub-geyinme-otaginda-olum-susqunlugu-var
Oxunma sayı: 2349

Almaniya millisinin baş məşqçisi Yoahim Löv Cənubi Koreyaya 0:2 hesablı məğlub olduqları oyunu şərh edib.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis soyunub-geyinmə otağında ölüm susqunluğunun olduğunu bildirib:

“Soyunub-geyinmə otağında ölüm susqunluğu var. Heç kim heç nə danışmır. Keyfimiz çox pisdir. Almaniya qrupdan çıxmağa layiq deyildi. Zamanla hər şeyi etdik. Amma rahat olmadı. Bunu qəbul edib rəqibi təbrik etməliyik. Komandadan gedəcəmmi? Bilmirəm”.