“Soyuq əllər, isti ürək” yenidən keçiriləcək

soyuq-eller-isti-urek-yeniden-kecirilecek
Oxunma sayı: 3494

“Nargis” Fondun təşkilatçılığı və dəstəyi ilə Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası yenidən baş tutacaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə fond instaqramda bildirib. 

"Əziz dostlar, qarşılayın, əfsanəvi qış nağılı paytaxtımızın mərkəzinə geri qayıdır! Hər il olduğu kimi, builki yarmarkamız dekabr-yanvar ayları aralığında Fəvvarələr meydanında baş tutacaq", - paylaşımda deyilir. 

Xatırladaq ki, “Soyuq əllər, isti ürək” sonuncu dəfə 2019-cu ilin sonu - 2020-ci ilin əvvələrində keçirilmişdi. Xeyriyyə yarmarkasının 2020-ci ilin sonunda keçirilməsi koronavirus pandemiyası səbəbindən mümkün olmamışdı.