Nazirlik sözçüsü bildirib ki, həqiqətən 13.02.2014-cü il tarixdə sözügedən şəxslə həmkəndlisi Vüqar Əsədov arasında şəxsi münaqişə zəmində münaqişə baş vermiş, bu zaman onlar biri-birini döyüblər:
"Bununla əlaqədar adları çəkilən hər iki şəxs biri-biriləri tərəfindən döyülmələri, özlərinin və yaxınlarının ünvanlarına nalayiq ifadələrin səslənmələri ilə bağlı İmişli RPŞ-yə ərizə ilə müraciət ediblər. Şöbənin təhqiqat qrupunda hər iki müraciət əsasında araşdırma aparılmış, müvafiq izahatlar alınmış, həm Nurlan Şıxəliyev, həm də Vüqar Əsədov müayinədən keçmiş, məhkəmə-tibbi ekspertizasının rəyində hər iki şəxsdə müşahidə olunan sıyrıq və qançırların sağlamlığa zərər vurmayan xəsarətlər olduğu müəyyən edilib. Məhz buna görə təhqiqat orqanı tərəfindən toplanmış materiallar üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, əməllərində İnzibati Xətalar Məcəlləsinin 38-1-ci maddəsinin tərkibi olduğundan N.Şıxəliyev və V.Əsədov məhz sözügedən maddəyə əsasən inzibati qaydada cəzalandırılıblar. Qəbul olunmuş qərarın surəti hər iki tərəfə göndəriib.
Nurlan Şıxəliyevin hadisədən 10 gün keçməsinə baxmayaraq araşdırmanın müddətinin uzadılması, kəndin sahə inspektorunun ona cinayət işinin düşməsi barədə söylədikləri həqiqətdən uzaqdır və həmin fikirlərin heç bir hüquqi əsası yoxdur. Qeyd etdiyim kimi, təhqiqat qrupunda araşdırma obyektiv şəkildəm bunun üçün nəzərdə tutulan vaxtdan da əvvəl başa çatdırılmışdır və bu məsələdə heç bir müddət uzadılmasından söhbət gedə bilməz".
Son xəbərlər
Son Xəbərlər