“Söyüş və təhqirlərə məruz qalanlardan biri mənəm”

soyus-ve-tehqirlere-meruz-qalanlardan-biri-menem
Oxunma sayı: 2505

“Son zamanlar söyüş və təhqirlərə məruz qalan insanlardan biri mənəm. Bizim bir çox millət vəkillərimizin bu məsələdə susqunluğu var”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev parlamentdə çıxışında deyib.

O qeyd edib ki, bu fakt həmin şəxslərə əlavə imkan yaradır: “Eyni gündə bir neçə insana müraciətlər olunub. Həmin müraciətlər cavabsız qalıb. Mən anlayıram ki, siyasi baxışlar müxtəlif ola bilər. Ancaq yadda saxlayın ki, bir nəfər deputat söyülürsə, gələcəkdə söyülməyən millət vəkillərinin də başına bu hadisə gələ bilər”.

A. Əliyev həmçinin söyüş və təhqir məsələsinin cinayət qanunvericiliyində sərtləşdirilməsini də təklif edib. 

Günel Türksoy