“Qafqazinfo” xəbər verir ki, Ronaldo penaltidən sonra “Sizə bir Çempionlar Liqası finalı borcum var. Sözümü yerinə gətirəcəm”- deyə bir söz verib. 2012-ci ildə Çempionlar Liqası yarımfinal mərhələsində penaltilərdən sonra “Bavariya”ya uduzan “Real” finala adlaya bilməyib. Ancaq dünən “Real”Madridin 4-0 hesablı qələbəsində böyük pay sahibi olan və 2 qol vuran Ronaldo bu sözünə əməl etmiş olub. Komandasını yarımfinala kimi gəlməsində vurduğu 16 qolla böyük iş görən Kriştiyano finalda da qol vura bilər.
İqbal
Son xəbərlər
Son Xəbərlər