“Space”in yayımı 3 saatlıq dayandırılacaq

spacein-yayimi-3-saatliq-dayandirilacaq
Oxunma sayı: 2872

"Space" televiziyası cəzalandırılıb. 

Bu barədə “Qafqazinfo”ya Audiovizual Şuradan bildirilib.

Bildirilir ki, “Space” televiziya yayımçısının efirində 23 aprel 2022-ci il tarixdə saat 17.47-18.23 arası “Balaca qurmanlar” adlı uşaqlar üçün proqramın yayımı zamanı yerləşdirilən reklam blokunda energetik içkiyə aid çarx nümayiş etdirildiyinə görə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1.8-ci maddəsinin tələblərinin pozulması faktı qeydə alınıb.

Bu səbəbdən "Media haqqında" Azərbaycan Respublikası Qanununun 41.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası “Space” televiziya yayımçısının proqramlarının yayımının 05 may 2022-ci il tarixdə saat 08.00-dan 11.00-dək 3 (üç) saatlıq dayandırılması haqqında qərar qəbul edib.