“SpaceX” bu gün ilk dəfə fəzaya insan göndərəcək

spacex-bu-gun-ilk-defe-fezaya-insan-gonderecek
Oxunma sayı: 1735

ABŞ-ın kosmik raket istehsalçısı “SpaceX” bu gün ilk dəfə insanlı kosmik gəmini yerin orbitinə çıxaracaq.

“Qafqazinfo” xəbər verir ki, uçuş NASA-nın dəstəyi ilə ABŞ-ın Florida ştatındakı kosmik uçuş mərkəzindən həyata keçiriləcək.

Bildirilib ki, NASA uçuşun həyata keçirilməsi üçün “SpaceX”ə 3 milyard dollar büdcə ayırıb. Uçuşun uğurlu olacağı təqdirdə bu hər hansı bir özəl şirkətin həyata keçirdiyi ilk kosmik uçuş olaraq tarixə düşəcək. Bununla 2011-ci ildən kosmik uçuşlar üçün Rusiyanın “Soyuz” raketlərindən istifadə edən NASA bunun üçün adam başı ödədiyi 85 milyon dollarlıq maliyyətdən də azad olacaq.

Qeyd edək ki, daha əvvəlki cəhddə uçuş hava şəraiti səbəbindən təxirə salınmışdı.