“SpaceX” ilk dəfə fəzaya insan göndərir - Video

spacex-ilk-defe-fezaya-insan-gonderir
Oxunma sayı: 2801

ABŞ-ın kosmik raket istehsalçısı “SpaceX” bu gün ilk dəfə insanlı "Crew Dragon” kosmik gəmisini yerin orbitinə çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, uçuş NASA-nın dəstəyi ilə ABŞ-ın Florida ştatındakı kosmik uçuş mərkəzindən həyata keçirilib.

Beynəlxalq Kosmik Stansiyaya uçuşun canlı yayımını 1 milyondan çox insan izləyib. Kosmik gəmidə iki astronavt var: 49 yaşlı Lyuis Benken və 53 yaşlı Cerald Hörli. 

Qeyd edək ki, NASA və "SpaceX" 10 ildən artıqdır ki, bu uçuşa hazırlaşır. NASA uçuşun həyata keçirilməsi üçün “SpaceX”ə 3 milyard dollar büdcə ayırıb. İlk cəhdə mayın 27-də hazırlaşsalar da, əlverişsiz hava şəraiti səbəbindən bu baş tutmamışdı.