“Spartak” Səmədovla yollarını ayırdı

spartak-semedovla-yollarini-ayirdi
Oxunma sayı: 2159

“Spartak” klubu azərbaycanlı yarımmüdafiəçi Aleksandr Səmədovla yollarını ayırıb.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, klub artıq 34 yaşlı futbolçu ilə müqaviləsinə xitam verib. 

Qeyd edək ki, Səmədov komandada ilk debütünü 2002-ci ildə edib. O, komandanın tərkibində 109 matçda oynayıb və hesabına 15 qol yazdırıb.