“Spartak”ın yeni baş məşqçisi o oldu

spartakin-yeni-bas-mesqcisi-o-oldu
Oxunma sayı: 1740

Moskva “Spartak”ının yeni baş məşqçisi almaniyalı mütəxəssis Domeniko Tedesko olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, Tedesko bu vəzifədə klubun baş məşqçisi Oleq Kononovun istefasından sonra onun vəzifələrini icra edən Sergey Kuznetsovu əvəzləyib. Müvafiq qərarı komanda nümayəndələri keçirilən mətbuat konfransında açıqlayıb.

“Burada və böyük tarixə malik “Spartak” komandasının məşqçisi olmağım mənim üçün böyük şərəfdir. Mən komanda ilə tanış oluram və bu hiss məni sevindirir”, - Tedesko deyib.

Rusiya KİV yazır ki, “Spartak”ın Tedesko ilə müqaviləsi 2 il 9 ay qüvvədə qalacaq. Mütəxəssis bir mövsüm üçün iki milyon avro və klubun nailiyyətlərinə görə əlavə bonuslar alacaq.

Qeyd edək ki, buna qədər D.Tedesko Almaniyanın “Şalke” klubu ilə çalışıb. Onun rəhbərliyi altında komanda 2017/18 mövsümündə Almaniya çempionatında ikinci yeri tutub.