Ağ Evin mətbuat katibi Şon Spayser yenə baş nazirlərin adını səhv salıb.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Ağ Ev rəsmisi Kanada Baş naziri Castin Tryudonun adını unudaraq, yanlış səsləndirib. Brifinqdə çıxış edən Spayser “Dünən axşam prezident Kanadanın Baş naziri CoTryudo ilə kifayət qədər produktiv görüş keçirib”,- deyib.
Qeyd edək ki, Şon Spayser 2-3 fevralda keçirilən brifinqdə də bənzər səhvə yol vermişdi. O, Avstraliyanın Baş naziri Malkolm Ternbullun soyadını Trambl kimi demişdi.
Son xəbərlər
Son Xəbərlər