“Sponsor tapsanız, gәtirin 12 komanda edәk” - - Ramin Musayev

sponsor-tapsaniz-gtirin-12-komanda-edk-
Oxunma sayı: 1289


“Qafqazinfo” xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərə açıqlama verib: 

“Sizin vasitənizlə “Qarabağ” və “İnter” komandalarını təbrik edirəm. Hələlik 3-cü yerin sahibi bəlli deyil. Demək olar ki, hər iki komanda Avropaya vəsqiə qazandı. Çempionatın keçməyinə, ədalətli olub-olmammağına bizdən çox siz qiymət vermisiniz. İnşallah avrokuboklarda keçən mövsüm olduğu kimi bu il də sübuta yetər ki, çempionat bu il ədalətli keçib. Hər bir komanda layiq olduğu yeri tutdu. Növbəti il Premyer Liqa bu ilkindən də maraqlı olacaq. Yəqin məlumatım var ki, deyirəm. Ən azı 10 komandanın iştirakı ilə çempionat keçiriləcək. 12 komanda da ola bilər. Sponsor tapsanız, gətirin 12 komandalı çempionat keçirək”.